“Neftçi” Premyer Liqanın 21-ci turunda “Şamaxı”nı qəbul edəcək.
Baş məşqçi Samir Abasov gərgin keçəcək qarşılaşmadan öncə iki futbolçuya xəbərdarlıq edib.
Bunlar Höccət Haqverdi və Mustafa Sekdir.
Abasovun əsas heyətdə güvəndiyi müdafiəçilərin hər ikisi cəza sərhəddindədir. Cari mövsümdə 3 “sarı” alan arxa xətt üzvləri “Şamaxı” ilə qarşılaşmada növbəti vərəqəni alacağı halda, növbəti həftə meydana çıxa bilməyəcəklər.
Qarşıdakı rəqib isə səfər görüşündə “Zirə” olacaq.
Bu gün “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Şamaxı” oyunu saat 18:30-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ