COP29

Transfer bazarında Samir Abasovun önünü kəsən ŞOK SƏBƏBLƏR BURADA!

17:00 Neftçi 391
Transfer bazarında Samir Abasovun önünü kəsən ŞOK SƏBƏBLƏR BURADA!

Qış fasiləsində "Neftçi"də gözlənilən dəyişiklik baş tutmadı.

"Ağ qaralar" yalnız Elvin Camalov və yaponiyalı yarımmüdafiəçi Ryonoske Ohori güclənə bilib.

Halbuki ən azı 5-6 yeni transferin olacağı gözlənilirdi.

Bəs həmin transferlər niyə baş tutmadı? Bunda iki səbəb ön plana çıxır.

Birinci məsələ odur ki, Ramil Şeydayev, Robert Bauer, Yuri Matias, Rafael Quzzo, Alfa Konte kimi yararsız əcnəbilərin müqavilələrinə xitam vermək mümkün olmadı.

Çünki nə 60 min dollar maaş alan Şeydayev, nə də 40 min dollara imza atan Bauer və digərləri dəli deyil.

Yaxşı bilirlər ki, bundan sonra onlara heç bu maaşın yarısını da verən olmayacaq.

Gedənlər olmadığı üçün gələnlərin də olması müşkülə çevrilib.

Abasovun əl atdığı alternativ yol da effektiv olmayıb.

Təcrübəli mütəxəssis yoxa lənət deyib, nisbət ucuz qiymətə, amma uğura ac əcnəbilərin axtarışına çıxıb.

Onda da ortaya başqa bir problem çıxıb.

"Sumqayıt", "Kəpəz" kimi büdcəsi az klublara 5 manata getməyə razılıq verənlər "Neftçi" adını eşidən kimi qiyməti bir neçə dəfə yuxarı qaldırıblar.

Səbəb də sadədir. Futbolçu tayfası bir-birini yaxşı tanıyır. Əksəriyyətinin arasında xoş münasibətlər var. Belədə Şeydayevin, Bauerin fantastik qiymətlər qarşılığında oynamasını duyan orta qiymətli gəlmələr də qiymət artımına gediblər.

Ötən yay Qriqorçukun istəklərini yerinə yetirmək qolunda klub rəsmiləri büdcəni talan ediblər. Milyonlar yerli-yersiz əcnəbilərin cibinə axıdılıb.

Təkcə Matiasa görə 400 min, Tamaşa görə 200 min avro, Emil Səfərova görə isə 300 min manat təzminat ödənilib.

Görünən odur ki, ötən yay transferlərdə yol verilən xətalar paytaxt klubunun başına hələ bir müddət bəla olacaq.

Bundan əziyyət çəkənlərdən biri də Samir Abasovdur. O, Qriqorçukun zamanında yığılan ruhsuz, istəksiz, bivec gəlmələrdən ibarət qvardiyanın ümidinə qalmağa məhkumdur.

Belədə hansısa ciddi nəticələrdən danışmaq yersizdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti