"Neftçi" yenə məğlub oldu.
"Ağ qaralar" bu dəfə "Araz Naxçıvan"ın qələbə sevincini (1:2) qeyd etməsinə tamaşa etdi.
Muxtar respublika təmsilçisinin qələbəsində Urfan Abbasovun mübarizəsi önəmli yer aldı.
Matçın 63-cü dəqiqəsində yerdə qalan kapitanın köməyinə həkimlər yetişdi.
Amma yoldaşlarının azlıqda qalmasına razı olmayan təcrübəli müdafiəçi ağrılar içində meydana qayıtdı.
Elə həmin hücumdaca fəal iştirak edərək 2-ci qolun vurulmasında böyük pay sahibi oldu.
Urfan həmin epizodda ortaya qələbə hirsini, mübarizə ruhunu qoydu.
Çox çəkmədən bəhrəsini də gördü.
Futbolda qələbələr məhz belə əldə olunur.
Urfan Abbasov kimi döyüşkən, ürəyini meydanda qoyan icraçılarla.
Daha Yuri Matias, Robert Bauer, Yeqor Boqomolski kimi vecsiz legionerlərlə yox.
Məsləhət görərdim ki, Samir Abasov matçın təhlilində meydanda gəzən Boqomolskiyə, səhvləri sıraya düzən Matiasa, sadə epizodda rəqibə künc zərbəsi bağışlayan (davamı qol olur)
Bauerə və onları "Neftçi"yə calayan klub rəsmilərinə Urfanın cəsarətli mübarizəsini göstərsin. Bəlkə onda vicdanları sızlayar, xəcalət çəkərlər. Əgər varsa...
XANOĞLAN / SPORTİNFO.AZ
Urfan Abbasovla bağlı görüntülərə isə aşağıdakı linkdə baxa bilərsiniz: