Daniel Popanın FKSB-dən “Neftçi”yə keçidi baş tutmayıb.
“Ağ-qaralar” Avropa Liqasının 7-ci turunun “Qarabağ” – FKSB matçı (2:3) üçün Bakıya gəlmiş və həmin görüşə sonradan meydana daxil olmuş mərkəz hücumçusunu transfer etmək istəsə də, danışıqlar nəticəsiz qalıb.
29 yaşlı forvardın maliyyə tələbləri paytaxt təmsilçisi tərəfindən qəbul edilməyib.
Rumıniya klubu onu satmağa razılıq verib, di gəl, oyunçunun özü maliyyə şərtlərində güzəştə getməyib.
O, karyerası ərzində “Kindiya”, “Dinamo”(Buxarest), “Botoşani”, “Tedjon Xana” (Cənubi Koreya) və “Universitatya Kluj”un uğurları üçün tər töküb.
SPORTİNFO.AZ