"Neftçi" tanış simanı heyətinə qata bilər.
Söhbət "Araz-Naxçıvan"ın şərəfini qoruyan Sezar Meza Kollidən gedir.
"Ağ qaralar" paraqvaylı legionerlə danışıqlara start verib.
Danışıqlar müsbət yekunlaşsa yeni mövsümdən 33 yaşlı orta sahə oyunçusunun sabiq komandasına dönəcək.
Transferin baş tutmasını baş məşqçi Samir Abasov şəxsən istəyib.
Bu da səbəbsiz deyil.
Meza Kolli 2021-23-cü illər məhz Samir Abasovun rəhbərliyi altında "Neftçi"də çıxış edib.
Təcrübəli mütəxəssis yaxından tanıdığı sabiq yetirməsini sərəncamında görməkdə maraqlıdır.
O, Bakı təmsilçisinin formasında meydana çıxdığı 55 görüşdə 6 dəfə fərqlənə bilib.
XANOĞLAN / SPORTİNFO.AZ