“Neftçi”nin Siyabonqa Nqezana ilə yaxından maraqlanmasına dair iddialar yayılıb.
Sosial şəbəkələrdə bu yöndə yeni xəbərlər tirajlanmaqdadır.
Bildirilir ki, “ağ-qaralar” FKSB-nin arxa xətt oyunçusunu transfer etmək üçün hərəkətə keçib.
Cənubi Afrika Respublikasından olan legionerin transfer dəyəri 2,2 milyon avro olaraq qiymətləndirilir.
O, bu mövsüm çıxdığı 23 matçda 1 qolla yadda qalıb.
Saytımız paytaxt klubundan bu informasiyanı dəqiqləşdirib.
Redaksiyamıza verilən bilgiyə görə, Nqezanının adı transfer siyahısında yer almır.
Çünki afrikalı oyunçunun real qiyməti kifayət qədər yüksəkdir. Rumıniya təmsilçisi onu 5 milyon avrodan aşağı qiymətə satmaq istəmir.
SPORTİNFO.AZ