“Neftçi”nin yetirməsi Lorentso Mezzotero "Sampdoriya" ilə müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, bunadək İtaliya klubunun U-17 komandasında çıxış edən hücumçu U-19-un formasını geyinəcək.
Ötən ilin yayında “Marset” akademiyasından Genuya klubuna keçən 16 yaşlı hücumçu ümidləri doğrulda bilib. Bu üzdən də Lorentso U-19 komandasına keçib.
Atası Azərbaycanda - SOCAR-da çalışdığı illərdə “Neftçi”nin aşağı yaş komandalarında çıxış edən, 2020-ci ildə ölkəmizi tərk edən hücumçu dəfələrlə müxtəlif yarışlarım bombardiri və mükafatçısı olub.