COP29

“Neftçi”dəki əcnəbi “qızıl xırdaladı”: “Bu düşüncə ilə...”

24 Yanvar 23:00 Neftçi 350
“Neftçi”dəki əcnəbi “qızıl xırdaladı”: “Bu düşüncə ilə...”

“Az da olsa şansımız varsa, gücümüzə güvənməli, sona qədər mübarizə aparmalıyıq”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında komandasının Premyer Liqa yolu ilə avrokuboklara qatılmaq şansı barədə danışan “Neftçi”lıi Edvin Kuç deyib.

“Sabah”la qarşılaşma “ağ-qaralar” üçün həm bu rəqiblə xal fərqini azaltmaq, həm də “4-lüy”ə yaxınlaşmaq baxımından əla imkan idi.

Lakin qeydə alınan 1:1 hesabı turnir cədvəli baxımından ciddi mənada işə yaramadı.

Monteneqro millisinin də şərəfini qoruyan yarımmüdafiəçi

“Futbolda psixoloji amil olduqca vacibdir. Tez-tez turnir cədvəlinə və aradakı xal fərqinə baxsaq, özümüzə ziyan vurmuş olarıq.

Ona görə də hər qarşıdan gələn oyunu düşünməli, qələbəyə köklənməliyik. Qarşıda 17 tur var. Və bu, özlüyündə mümkün 51 xal deməkdir.

Sözsüz, rəqiblərimiz də xallar itirəcək və öz aramızda matçlarımız olacaq. Qələbə seriyasını yaxalasaq, aradakı xal fərqini azalda bilərik.

Önəmli olan öz oyunumuzu düşünmək və yaxşılaşdırmaqdır.

Biz “Neftçi”yik, heç bir halda heç-heçə barədə düşünmürük. Meydana ayaq basdığımız hər bir oyunda qələbəni hədəf seçirik.

Bu düşüncə ilə irəliləməliyik ki, yekunda avrokuboklara vəsiqə verən yerlərin birində qərarlaşaq”.

19 turdan sonra aktivində 18 xal olan bakılılar 7-ci pillədə qərarlaşıb. “Neftçi”ni lider “Qarabağ”dan 32, 4-cü sıradakı “Turan Tovuz”dan 14 xal ayırır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Yanvar 17:50 Çək və bizə göndər!
24 Yanvar 11:40 Sağa-sola baxma!