"Qarabağ" Avropa Liqasının əsas mərhələsində Rumıniya təmsilçisi FCSB-ə məğlub olduğu (2:3) matçın gedişində yaşanan hadisə "Neftçi" azarkeşlərini qəzəbləndirib.
Təbii ki, bunda günahkar nə Ağdam təmsilçisinin məğlubiyyəti, nə də futbolçularının hansısa addımıdır.
"Ağ qaralar"ın tərəfdarlarını özündən çıxaran Yuri Matias olub.
Gəldiyi gündən meydandakı zəif performansı ilə azarkeşlərin əsəblərini tarıma çəkən braziliyalı bu dəfə bardağı daşırıb.
O, əzəli rəqibin oyununda əlinə mikrofon alaraq Rumıniya mətbuatına danışıb.
Gördükləri mənzərədən qəzəblənən "Neftçi" azarkeşləri hətta onun klubdan qovulmasını tələb ediblər:
"Bunu klubdan rədd etmək lazımdır".
"Belə rəhbərliyin belə də oyunçusu olar".
"Bu adam klondur".
"Bircə etmədiyi bu qalmışdı".
"İşdən sonda başqa işdə işləyir".
"Təlxək".
"Bunun hərəkətlərinə klub niyə susur?".
XANOĞLAN / SPORTİNFO.AZ