"Neftçi"də Yuri Matias şousu davam edir.
Braziliyalı "Sabah"la matçda növbəti dəfə yaxşı aktyorluq bacarığını nümayiş etdirdi.
Emosiyalar ilə tribunaların müəyyən qədər sevgisini qazanan "44 nömrə"nin meydandakı işi sıfırın altındadır.
Saysız-hesabsız mövqe səhvləri ilə yadda qalan Yuri ikili mübarizələrin də bir çoxundan məğlub tərəf kimi ayrıldı. "Neftçi"nin qapısına penalti verilməsi, özünün qırmızı vərəqə alması üçün hər şey etdi. Sadəcə baş hakim Kamal Umudlu epizodları görməzdən gəldi.
Özünü publikaya qəhrəman kimi sırımağa çalışan əcnəbi futbolçu həqiqətdə "Neftçi" formasının ağırlığını dərk etməyən məsuliyyətsizin yekəsidir.
Amma buna rəğmən ən intizamsız oyunçu ən yüksək maaş olan futbolçular sırasındadır.
2023-cü ilin yayından Rumıniya ÇFR-indən 400 min avro təzminat qarşılığında transfer edilən 29 yaşlı legionerin aylıq maaşı 35 min manatdır.
Samir Abasov əvəzedici komandada 350 manata top qovan gənclərdən birinə meydan versə, Yuridən daha faydalı olar.
Təcrübəli mütəxəssis "Qarabağ"la oyundakı davranışını görə Matiası yüksək məbləğdə cərimələmişdi.
"Sabah"la oyundakı hərəkətləri göstərdi ki, o bundan dərs çıxarmayıb.
Məncə, Cənubi amerikalının əvəzedici komandaya qovulması çoxdan yetişib.
Qalır Abasovun radikal qərarı vermisi.
XANOĞLAN İMANOV