“Təbii ki, hər şey birdən-birə düzəlmir. Bunun üçün bir az vaxt lazımdır”.
“Neftçi”nin legioneri Edvin Kuç Sportinfo.az-a açıqlamasında belə deyib.
Monteneqrolu yarımmüdafiəçi qış fasiləsində yaxşı hazırlaşdıqlarını və komandada müsbət dəyişiklərin olacağına inandığını gizlətməyib:
“Dəyişikliklər, əlbəttə, var. Bunu görmək üçün “Sabah”la oyundakı elementlərə diqqət yetirmək kifayət edir.
Bizim üçün önəmli olan fiziki hazırlığımızın qaydasına düşməsiydi. Çünki futbolçuların fərdi keyfiyyətləri yüksəkdir, sadəcə, fiziki hazırlıq yaxşılaşdırılmalıdır.
Əsas odur ki, bu yöndə ciddi irəliləyiş var.
Zədəli futbolçularımız da qayıdandan sonra daha yaxşı “Neftçi” görəcəksiz. Komandanın içində olan adam kimi buna əminəm”.