Ötən ilin iyulunda «Neftçi» ilə 3 illik müqavilə imzalayan Ramil Şeydayevin tezliklə klubu tərk edəcəyinə dair iddialar yayılıb.
Sosial şəbəkələrdə tirajlanan xəbərlərə görə, adıçəkilən hücumçu komandanı dəyişmək istəməsiylə bağlı məşqçilər korpusunu məlumatlandırıb.
29 yaşlı forvardın əsas heyətdəki yerini itirməsi səbəbindən düşərgədən ayrılmaq fikrinə düşdüyü söylənilir.
Şeydayev Premyer Liqanın son 2 turunda cəmi 18 dəqiqə meydanda olub.
Dekabrın 21-də «Turan Tovuz»la keçirilən matçın 74-cü dəqiqəsində forma şansı qazanan Ramil «Sabah»la axırıncı qarşılaşmanı (1:1) da ehtiyat skamyada əyləşərək izləyib.
Yayılan iddiaları klubdan dəqiqləşdirdik.
Redaksiyamıza bildirildi ki, Şeydayev karyerasında dəyişiklik etmək niyyəti barədə onlara heç bir məlumat verməyib və müqavilənin yarımçıq pozulması müzakirə mövzusu deyil.
Onun sonuncu oyunda yaşıl sahəyə ayaq basmaması isə yüngül zədəsinin olmaması, bu üzdən məşqlərin hamısında iştirak edə bilməməsidir.
SPORTİNFO.AZ