“Sözün düzü, hansı ölkədə olmasından asılı olmayaraq futbol, demək olar ki, hər yerdə eynidir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Mustafa Sek söyləyib.
Seneqallı legioner deyib ki, Azərbaycan futbolunun səviyyəsi onu yaxşı mənada təəccübləndirib:
“Təbii ki, fərqlər də var. Amma Azərbaycan futbolunun səviyyəsi məni yaxşı mənada təəccübləndirdi. Çünki çempionat ildən ilə inkişaf edir”.
Bakı təmsilçisi Mustafa Seki ötən ilin avqustunda heyətinə cəlb edib. Onunla 3 illik müqavilə imzalanıb.
28 yaşlı legioner həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacarır.
Afrikalı “Barselona”nın müxtəlif yaş qrupu komandalarında, “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib,
Niderland və Portuqaliyada oynayıb. Sonuncu klubu “Portimonense” (Portuqaliya) olub.