"Sabah" Elvin Camalovla yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Masazır təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçinin ayrılmaqla bağlı müraciətinə klub rəhbərliyi tərəfindən müsbət qarşılıq verilib və onunla yolların ayrılmasına şərait yaradılıb.
Camalov bu gün səhər “Sabah” Futbol Mərkəzində klub rəhbərliyi, komanda yoldaşları və digər əməkdaşlarla görüşərək, onlarla sağollaşıb.
O, 2021-ci ilin yayından “Sabah”ın uğurları üçün çalışıb. Uzun müddət komandada kapitanlıq sarğısını daşıyan futbolçu "bayquşlar"ın heyətində ümumilikdə 113 oyun keçirib.