«Neftçi» 2025-ci ili qələbəylə qarşılaya bilmədi.
«Sabah»a məğlubiyyətdən qaçıb, 1 xalın istisinə qızınıdılar.
Samir Abasov qısamüddətli qış fasiləsində nə iş görüb, müəyyən qədər üzə çıxdı. Birinci növbədə bunu qeyd etməliyik - ümumi fiziki durum nisbətən yaxşılaşıb.
Hardasa 45-50 faiz. Üç həftəlik ara üçün bu, pis göstərici sayılmamalıdır. Ağır yüklənmədən çıxmış komandanın get-gedə optimal forma yığacağını təxmin etmək olar.
Təbii ki, bu müddətdə qalibiyyətlər də gəlməlidir ki, istəkli oyun yaxşı nəticəyə çevrilsin. «Halva-halva» deməklə ağız şirin olmur, bunu «Neftçi»nin formasını geyinən hər oyunçu başa düşməlidir.
Samir Abasovun «Sabah»la matçda əsas heyət üzərnindən bəzi korrektələr eidi. Ramil Şeydayevi iştirak ərizəsinə salmadı, azad rəsam rolunun fiasını yenidən Emin Mahmudova tapşırdı.
Orta sahədə hər top uğrunda çarpışma, ara ötürmələrinə üstünlüyün verilməsi - bu da baş məşqçinin tapşırığı idi.
Təəssüfləndirici məqam Yuri Matiasın hələ də öz «amplua»sında olmasıdır. Braziliyalı müdafiəçi əsl şoumendir.
«Neftçi» azarkeşi artıq onu tanımalıdır. Matias yersiz hərəkətləri, aqressiyası və hakimə aşağılaycı yanaşmasıyla komandanın belini hər an qıra bilər.
O, sözün əsl mənasında «canlı bomba»dır. Kamal Umudlu referi adına hörmət qoymadı, yoxsa Matiası ikinci hissənin ortasıda meydandan atmalı idi.
Matiasın yeri ən yaxşı halda tribunadır. Samir Abasov braziliyalını da Şeydayevin yanına göndərməklə, çox düzgün addım atmış olar.
MUSA