COP29

“Neftçi”nin xarici oyunçusu “Qarabağ”dan 4 nəfərin adını verdi

16:20 Neftçi 512
“Neftçi”nin xarici oyunçusu “Qarabağ”dan 4 nəfərin adını verdi

"Azərbaycanda çıxış edən ən yaxşı futbolçu Olavio Juninyo idi. O da "Qarabağ"dan getdi”.

Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin medafiəçisi Yuri Matias deyib.

29 yaşlı braziliyalı Avropa Liqasının Liqa mərhələsinin “Qarabağ” - FCSB matçı ilə bağlı danışıb.

Ölkəmizdə ikinci mövsümünü keçirən “sambaçı” Ağdam təmsilçisinin bir neçə oyunçusunu xüsusi fərqləndirib:

“Burada yaxşı oyunçular çoxdur. Abdullah Zubir, Julio Romao və Marko Yankoviç kollektivdə mühüm rol oynayırlar".

Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Digər Xəbərlər
Xəbər Lenti