“Məqsədimiz qələbə qazanmaq və ikinci dövrəyə uğurlu start vermək idi”.
Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin müdafiəçisi Azər Salahlı deyib.
“Sabah”la (1:1 başa çatan qarşılaşmadan danışan “ağ-qaralar”ın arxa xətt oyunçusu şanssızlıq üzündən avtoqola imza atmasının nəticəyə təsit etdiyini bildirib:
“Məncə, pis çıxış etmədik. Hesabda önə keçmək üçün imkanlarımız oldu, amma təəssüf ki, bu fürsətləri dəyərləndirə bilmədik.Bəxtsizlik bizdən əl çəkmədi və nəticədə oyun bərabərliklə bitdi.
Əslində, qış fasiləsində çox yaxşı hazırlaşmışdıq. Buna görə də qələbə gözləyirdik.
Amma futbolda belə hallar olur. Şanssızlıq nəticəsində avtoqol vurdum, bu, mənim üçün təəssüf doğuran bir an idi.
Amma artıq bu səhvi geridə qoymaq və növbəti oyuna tam hazırlaşmaq vaxtıdır.
Artıq diqqətimizi “Araz-Naxçıvan”la oyuna yönəldib, matça ən yaxşı formada hazırlaşmağa çalışacağıq.
Ümid edirəm, hər şey istədiyimiz kimi gedər və qələbə qazanarıq”