"Qarabağ" normal səviyyədə oynasa, FCSB üçün heç-heçə etmək belə çətin olacaq".
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin braziliyalı futbolçusu Yuri Matias Azərbaycan və Rumıniya təmsilçiləri arasında Bakıda keçiriləcək Avropa Liqasının Liqa mərhələsinin matçı ilə bağlı "Prosport.ro" saytına müsahibəsində deyib.
29 yaşlı müdafiəçi görüşün qonaqlar üçün çətin keçəcəyini bildirib:
"FCSB də Avropada yaxşı oyun sərgiləyir. Amma bilməlidirlər ki, burada onları asan qarşılaşma gözləmir.
"Qarabağ" son 10 ildə Avropada adından söz etdirib. Ölkənin ən tarixi, böyük klubu "Neftçi"dir, lakin son dönəmlərdə rəqibimiz dominantlıq edir.
Bir çox oyunçuları 5-6 ildir ki, birlikdədirlər. Baş məşqçiləri 17 ildir ki, işinin başındadır.
Meydana kimin çıxmasından asılı olmayaraq, bütün futbolçular nə etməli olduqlarını bilirlər".