COP29

“Neftçi”yə yeni gələn yapon “Sportinfo”ya danışdı: “Rahatam”

20 Yanvar 21:20 Neftçi 605
“Neftçi”yə yeni gələn yapon “Sportinfo”ya danışdı: “Rahatam”

“Neftçi”nin yeni transferi Ryonosuke Ohori Sportinfo.az-a müsahibə verib.

24 yaşlı yaponiyalı yarımmüdafiəçi “Sabah”la 1:1 başa çatan qarşılaşmadan sonra sualları cavablandırıb.

- “Neftçi”də debüt etdin. Öz oyununu və stadiondakı mənzərəni necə şərh edirsən?
- Komandaya yeni qoşulmuşam. Buna görə də meydanda cəmi 10 dəqiqə oldum. Oyunum haqda xüsusi nəsə demək çətindir. Bu suala baş məşqçi cavab verə bilər. Arenadakı ab-hava isə həqiqətən əla idi. Azarkeşlərimizin dəstəyini hiss edirdik.

- ⁠Özünü necə hiss edirsən? Uyğunlaşma prosesi necə keçir?
- ⁠Fiziki durumum hər ötən gün yaxşıya doğru gedir. Özüm də çalışıram ki, qısa vaxt ərzində ideal formanı yığıb, komandaya maksimum kömək edim. Gələn gündən məni xoş qarşıladılar. Özümü rahat hiss etdiyimi deyə bilərəm.

- ⁠Yarımmüdafiənin mərkəzində Emin Mahmudov, Edvin Kuç, Emil Səfərov, Filip Ozobiç kimi həmkarların var. Əsas heyətdə şans qazanmaq çətin görünür sanki.
- ⁠Heyətimizin geniş olması ilə yanaşı, oyun sayı da çoxdur. Bu cür böyük klublarda rəqabətin olması normal haldır. Əsas heyətdə kimin oynayacağına məşqçilər heyəti qərar verir. Mənim işim məşq etmək, “Neftçi”yə fayda verməkdir.

- ⁠Azərbaycanda çıxış edən üçüncü yapon futbolçusan. “Neftçi”dən təklif alanda, klub, ölkəmiz, futbolumuz haqda nə bilirdin?
- ⁠”Neftçi”nin yaşına və uğurlarına baxanda başa düşdüm ki, zəngin tarixə malik klubdur. Avrokuboklarda çıxış edib, çempionluqlar yaşayıb. Azərbaycanın adını eşitsəm də, açığı, çox da məlumatlı deyildim. Artıq müəyyən məlunatlara sahibəm.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
20 Yanvar 18:10 Çək və bizə göndər!