COP29

"Neftçi"dən ayrılan legioneri geri qaytaran klubun sahibi: “Ona şans verməliyik”

17:20 Neftçi 725
"Neftçi"dən ayrılan legioneri geri qaytaran klubun sahibi: “Ona şans verməliyik”

"Sepsi"nin sahibi Laslo Dioşeqi "Neftçi"dən ayrılaraq onun komandasına keçən macarıstanlı müdafiəçi Mark Tamaşın geri dönüşünə münasibət bildirib.

Sportinfo.az "Digi Sport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisinin keçmiş üzvü haqda bunları deyib:

"Bəli, Mark Tamaş qayıtdı. Ona şans verməliyik.

O, komandamızdan yaxşı formada ayrılmamışdı. İstənilən futbolçu gərgin vəziyyətlərdə artıq söz danışa bilər. Tamaş yaxşı futbolçudur".

Tamaş 2023-cü ilin yayında “Sepsi”dən “Neftçi”yə keçmişdi. Daha sonra rumınların onu buraxmaq istəmədiyini öyrənən mərkəz müdafiəçisi Azərbaycan klubuna keçmək niyyətində olduğunu bildirərək qalmaqal yaratmışdı.

“Sepsi” isə bu transferdən 150 min avro qazanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti