“Neftçi” transfer çalışmalarını sürətləndirib.
Bu barədə klubdan saytımıza son dəqiqə məlumat daxil olub.
Redaksiyamıza verilən informasıyaya görə, hazırda 4 mövqe üzrə iş gedir. Belə ki, Samir Abasovun təkidindən sonra yönətim alınması planlaşdırılan oyunçuların sayını artırıb.
Büdcə imkan verərsə, yaxın günlərdə Bakıya ard-arda dörd təyyarə enəcək.
Əksi olsa, qış «transfer pəncərəsi»ni 3 legioneri düşərgəyə gətirməklə kifayətlənəcəklər.
Bildirilib ki, baş məşqçi iki mərkəz müdafiəçisi ilə yanaşı, cinah yarımmüdafiəçisi və mərkəz hücumçusu istəyir: «Onların yaxın günlərdə burada olması nəzərdə tutulur».
Paytaxt təmsilçisi yeni gəlişindən sonra yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori ilə 6 ay+2 illik müqavilə imzalayıb. Gedənlərin siyahısı isə hələlik Mark Tamaş və Kilan Lebonla məhdudlaşır.
SPORTİNFO.AZ