COP29

“Çox xoşuma gəldi, ona görə də bu gün “Neftçi”dəyəm”

01:00 Neftçi 113
“Çox xoşuma gəldi, ona görə də bu gün “Neftçi”dəyəm”

“Onunla danışıb, “Neftçi” haqqında soruşmuşdum”.

Sportinfo.az.biz xəbər verir ki, bunu “Neftçi”nin legioneri Mustafa Sek deyib.

Klubun televiziyasına müsahibə verən seneqaləsilli ispaniyalı müdafiəçi seçimi zamanı “Zirə”nin qapıçısı Tyaqo Silvadan məsləhət aldığını bildirib:

“Hazırda “Zirə”də çıxış edən Tyaqo Silva ilə tanışam. O, mənə “Neftçi”nin Azərbaycanın ən böyük klublarından biri olduğunu cavab vermişdi.

Komandanın idman müşaviri Kamil Məmmədovla danışmışdım, o, mənə çox yaxşı məlumatlar vermişdi.

Bu layihə çox xoşuma gəldi. Ona görə də bu gün “Neftçi”dəyəm. Uyğunlaşma prosesi çox yaxşı keçdi.

Bakı müasir şəhərdir, sözün əsl mənasında çox təəcübləndim”.

Bakı təmsilçisi Mustafa Seki ötən ilin avqustunda heyətinə cəlb edib. Onunla 3 illik müqavilə imzalanıb.

28 yaşlı legioner həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacarır. Afrikalı “Barselona”nın müxtəlif yaş qrupu komandalarında, “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib,

Niderland və Portuqaliyada oynayıb. Sonuncu klubu “Portimonense” (Portuqaliya) olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Yanvar 10:20 Kvaratsxeliya vidalaşdı
17 Yanvar 04:00 Onlar da başladılar