“Sözün açığı, bura haqqında elə də çox məlumatım yox idi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri“Neftçi”nin müdafiəçisi Mustafa Sekə məxsusdur.
Klubun televiziyasına müsahibə verən Seneqal əsilli ispaniyalı müdafiəçi deyib:
“Neftçi”yə keçəndə çox təəccübləndim. Gələndə insanlar məni çox yaxşı qarşıladılar, mənə isti yanaşdılar.
Yeni bir ölkə ilə tanış oldum. Səmimi olaraq deyim ki, burada həqiqətən də çox xoşbəxtəm”.
Bakı təmsilçisi Mustafa Seki ötən ilin avqustunda heyətinə cəlb edib. Onunla 3 illik müqavilə imzalanıb.
28 yaşlı legioner həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamağı bacarır. Afrikalı “Barselona”nın müxtəlif yaş qrupu komandalarında, “Latsio”, “Roma” və İtaliyanın digər klublarında çıxış edib,
Niderland və Portuqaliyada oynayıb. Sonuncu klubu “Portimonense” (Portuqaliya) olub.