"Neftçi" qış transfer pəncərəsində ilk transferini rəsmiləşdirib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi Ryonosuke Ohori ilə anlaşıb.
24 yaşlı yarımmüdafiəçi sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb.
18 nömrəli formanı geyinəcək yaponiyalı ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.
Ryonosuke Ohori karyerası ərzində 60 rəsmi matça çıxaraq 24 qol vurub və 4 qolun ötürməsini edib.
Asiyalı yayadək ölkəmizdə aylıq 10 min dollar qazanacaq. Bakılılar ondan razı qalsa, növbəti iki mövsümdə üst-üstə 200 min dollar alacaq.
SPORTİNFO.AZ