“Neftçi”nin Qəbələdəki təlim-məşq toplanışı başa çatıb.
Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” artıq Bakıya qayıdıb.
Komanda bu il ilk rəsmi matçını yanvarın 19-da “Sabah”a qarşı keçirəcək. Premyer Liqanın 19-cu turu çərçivəsində “Neftçi Arena”da baş tutacaq oyun saat 18:30-da başlanacaq.
“Neftçi”nin baş məşqçisi Samir Abasov komandasının qış toplanışını dəyərləndirib. O, klubun mətbuat xidmətinə açıqlamasında hazırlıq prosesindən razılığını ifadə edib.