"Neftçi"nin "Motor"un (Lublin) hücumçusu Samuel Mrazla maraqlanması barədə xəbərlər günlərdir geniş yayılıb.
"FutbolNews" portalının iddiasına görə, "ağ-qaralar" onu hələ ötən ilin yayında azad agent kimi heyətinə qatacağını ehtimal etsə də, bu, baş verməyib.
Amma ön xətdəki problemlər Azərbaycan təmsilçisini məhz qış "transfer pəncərəsi"ndə konkret addımlar atmağa vadar edib.
Bakılıların bu transfer üçün Polşa klubuna müəyyən məbləğ ödəməyə hazır olduğu bildirilir.
Məlumata görə, 27 yaşlı mərkəz hücumçusu “Qarabağ”ın da maraq dairəsindədir. Amma slovakiyalı Ağdam təmsilçisinin transfer siyahısında prioritet deyil.
Samuel Mrazın transfer dəyəri 700 min avrodur. Onun polyaklarla müqaviləsi bu yay başa çatır.
Saytımız bu iddialarla bağlı "Neftçi"dən son dəqiqə məlumatı əldə edib. Redaksiyamıza daxil olan informasiyaya görə, slovakiyalı forvardın transferi artıq gündəmdən çıxıb.
Buna səbəb "Motor"un kifayət qədər yüksək təzminat tələb etməsidir. Burada hardasa 100 min avronun üzərində bir məbləğdən söhbət gedir.
Hücumçunun özü isə 250 min avro civarında illik əməkhaqqı istədiyindən, onunla aparılan danışıqlar dayandırılıb.
SPORTİNFO.AZ