“Bura gələndə televiziya kanalına müsahibə verərkən azarkeşlərə təşəkkürümü bildirdim, çünki onlar möhtəşəmdir”.
Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin legioneri Edvin Kuç deyib.
Monteneqrolu yarımmüdafiəçi azarkeşlər haqda danışıb:
“Klubdakı hər kəsə təşəkkür edirəm. Mən zədələnəndə çox dəstək oldular.
Açığı, gözləmirdim. Amma hamı mənə dəstək idi.
Azarkeşləri görəndə bu klubun nə qədər böyük olduğunu anlamaq olur. Neqativ nəticələrə baxmayaraq yanımızda oldular.
Futbola lazım olan şeylərdən biri də azarkeşlərdir. Xoşbəxtik ki, bizim böyük, çılğın azarkeşlərimiz var.
Təkcə azarkeşlər və futbolçular deyil, burada işləyən hər kəs “Neftçi”ni sevir. Məğlub olanda məyus olur, qələbə qazananda birlikdə qeyd edir”.