COP29

Slovakiya yığmasının hücumçusu “Neftçi”yə gəlməyə razılaşdı, klubu isə… SON DƏQİQƏ

12 Yanvar 21:15 Neftçi 1 751
Slovakiya yığmasının hücumçusu “Neftçi”yə gəlməyə razılaşdı, klubu isə… SON DƏQİQƏ

Yaponiyalı mərkəz yarımmüdafiəçisi Ryonoske Ohori ilə anlaşan "Neftçi" indi də hücum xəttini gücləndirmək üçün əməli fəaliyyətə keçib.

Bakılılar Slovakiyadan olan forvardla gündəlik təmas halındadır.

Redaksiyamıza verilən məlumata görə, ön xətt oyunçusu ilə bir müddət əvvəl başlayan danışıqlar artıq son mərhələdədir.

Bir ara ölkəsinin əsas millisinə də dəvət alan hücumçu hazırda boşda deyil, müqaviləsi var. Özü Azərbaycana gəlməyə razıdır, məxsus olduğu klub isə təzminat tələb edir.

«Ağ-qaralar»ın ümidi var ki, qarşı tərəf kompensasiya şərtlərində onlara müəyyən qədər güzəştə gedəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Yanvar 20:00 Çək və bizə göndər!
12 Yanvar 11:05 Bunu sizin üçün etdik!