"Əlbəttə ki, burada keçirdiyimiz məşqlər bizə yaxşı təsir edir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin müdafiəçisi Yuri Matias deyib.
Braziliyalı legioner Qəbələdəki toplanışın komandaya müsbət təsir etdiyini bildirib:
“Təkcə fiziki cəhətdən yox, mental baxımdan da. Çünki futbolçular daha çox birlikdə vaxt keçirirlər.
Bir-birimizi daha yaxından tanımağa başlayırıq. Bu məqamlar bizə oyunlarda kömək olacaq.
Hər birimiz əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, müsbət nəticələr qazanaq".