Samir Abasovun az şans verdiyi futbolçular bir-bir Azərbaycanı tərk edir.
Mark Tamaşın ardınca Kilan Lebonla da ayrılıqla bağlı razılıq əldə olunub.
Məgər bu, çıxış yoludur?
Əsla!
“Neftçi”nin problemi Lebon, ya da Tamaşla əlaqəli deyil axı.
Komandadan göndərilməli olan başqalarıdır. Azər Əliyev, Robert Bauer, Rafael Quzzo, Andrey Ştoqrin, Ramil Şeydayev, Dembo Darbo və daha bir neçə nəfər.
Adları çəkilənlərin müqaviləsinin müddəti 2026 və 2027-ci ilin yayına qədərdir. Yəni bu gün onları yola salmaq üçün təzminat ödəmək lazım gəlir ki, burada söhbət kifayət qədər ciddi məbləğdən gedir.
Bu ilin yayında bir neçə yer boşalacaq. Məsələn, Yeqor Boqomolski, Ervin Koffi, Filip Ozobiçin anlaşmasının başa çatmasına aylar qalıb.
Ancaq söhbət ötən yay müqavilə bağlanan faydasız yerli və əcnəbilərdən gedirsə, vəziyyət olduqca ağırdır. “Neftçi”yə dürtüşdürülən vaxtı keçmişləri yola salmaq asan məsələ deyil.
“Neftçi”nin əvvəlki əzəmətini qaytarmaq üçün hazırkı heyətin azı 50 faizi təmizlənməli, onların yerinə samballı və bacarıqlı futbolçular gəlməlidir.
Bir-iki nəfərin getməsi ilə bu iş düzələn deyil.
HƏBİB / SPORTİNFO.AZ