COP29

"Neftçi"nin legioneri qalmaqallı açıqlamasına aydınlıq gətirdi: "Mən elə söz deməmişəm"

10 Yanvar 20:20 Neftçi 615
"Neftçi"nin legioneri qalmaqallı açıqlamasına aydınlıq gətirdi: "Mən elə söz deməmişəm"

"Neftçi"nin müdafiəçisi Yuri Matias "Neftçi"nin mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Braziliyalı legioner Rumıniya mətbuatına verdiyi müsahibəsinə aydınlıq gətirib:

"Rumıniya mətbuatına verdiyim müsahibəni görəndə təəccübləndim. Əslində, birinci dəfə deyil ki, sözlərimin düzgün yazılmaması ilə üzləşirəm. Bir növ öyrəşmişəm (gülür).

Müsahibəmdə "Neftçi" ilə danışıb razılığa gəlməmişik və ya gələ bilməyəcəyik" deməmişəm. Sadəcə bildirmişəm ki, müqaviləmin sonuna 6 ay qalıb və yeni müqavilə ilə bağlı rəsmi heç nə yoxdur. Əlbəttə, mənim komandam "Neftçi"dir. Mən "Neftçi"nin futbolçusuyam, azarkeşlərimizi sevirəm. Müqaviləmin sonuna kimi, neçə il olursa olsun, sona qədər bu formanı şərəflə daşımağa hazıram".

Xatırladaq ki, Matiasın Rumıniya mətbuatına müsahibəsində aşağıdakı fikirlər yer almışdı:

"Neftçi" ilə müqaviləmin son 6 ayındayam. Yeni sözləşmə imzalaya bilərdim.

Klubum müqaviləni uzatmaq üçün mənimlə danışıqlar apardı. Amma nəticədə razılıq əldə edə bilmədik, anlaşa biləcəyimizi də düşünmürəm".

Digər Xəbərlər
Xəbər Lenti
10 Yanvar 18:10 Çək və bizə göndər!
10 Yanvar 11:00 Burada olun, görünün!
10 Yanvar 02:50 Millimiz üçün Bəyoğlan
10 Yanvar 02:00 “Mən razı qaldım"