"Neftçi"nin müdafiəçisi Yuri Matias Rumıniya mətbuatına müsahibə verib.
Sportinfo.az xəbər verir ki, braziliyalı Azərbaycan klubundan ayrılacağını bildirib.
"Neftçi" ilə sözləşməsi mövsümün sonunda başa çatan mərkəz müdafiəçisi azad agent statusu ilə klubu tərk edəcəyini deyib:
"Hazırda "Neftçi" ilə müqaviləmin son 6 ayındayam. Yeni sözləşmə imzalaya bilərdim.
Klubum müqaviləni uzatmaq üçün mənimlə danışıqlar apardı. Amma nəticədə razılıq əldə edə bilmədik, anlaşa biləcəyimizi də düşünmürəm.
Başqa klublar mənimlə əlaqə saxlayıb, amma vəziyyət açıq qalır.
İndi mənim üçün təzminat ödəyən klub olmasa, böyük ehtimalla yaya qədər "Neftçi"də qalacam və azad agent kimi buranı tərk edəcəm".