"Neftçi"nin yaponiyalı yarımmüdafiəçi ilə güclənməsini xəbər vermişdik.
Söhbət 23 yaşlı Ryonoske Ohoridən gedir.
Artıq əcnəbi oyunçu komandanın düşərgəsinə qoşulub.
Dünən ölkəmizə ayaq basan Yaponiya U-17 millisinin sabiq üzvü bu gündən Samir Abasovun sərəncamındadır.
Bəstəboy oyunçu yaponlara xas çevik və sürətli olması ilə seçilir.
Yarımmüdafiəçi olsa da məhsuldar çıxış etməsi özəlliklərindən biridir.
Müxtəlif mövqelərdə çıxış etmək bacarığı da onun üstünlüyüdür.
Böyük potensialı olan gənc legioner ilk gündən hər kəsin diqqətini yaxşı mənada özünə çəkə bilib.
Amma onunla hələ də anlaşma imzalanmayıb.
Təcrübəli mütəxəssis yarımmüdafiəçinin bacarığını yaxından izləmək, nəyə qadir olduğunu birbaşa məşqdə təkrar görmək istəyib.
Yekun qərar da məhz bundan sonra veriləcək. Onu da əlavə edək ki, bugünkü iki məşqdə göstərilən performans imzanın uzaqda olmadığını göstərib.
Mərkəz yarımmüdafiəçisinin son klubu Litvanın "Transinvest" klubu olub.
"Sanfrecce"nin yetirməsi ölkəsində "Hirosima" və "Gyeongnam"ın formasını geyinib.
Ohori qısa müddət Portuqaliya və Latviyada legioner həyatı yaşayıb.
SPORTİNFO.AZ