“Neftçi”də itkilərin müşahidə olunduğunu xəbər vermişdik.
Kollektiv yanvarın 3-dən Bakıda məşqlərə başlayıb, hazırlığı Qəbələdə davam etdirsə də, Dembo Darbo kollektivdən ayrı düşüb.
Sözügedən hücumçunun hansı səbəbdən Azərbaycana təşrif buyurmadıqlarının səbəbini bilmək üçün kluba sorğu göndərdik.
Məlum oldu ki, qambiyalı forvardın kollektivə qoşulmamasının səbəbi aldığı zədə ilə bağlıdır.
Afrikalı zədəsini vətənində sağaltmaqla bağlı icazə alıb. Darbonun yaxın günlərdə Bakıya gələcəyi gözlənilir.
Maraq üçün bildirək ki, bakılılar fasilə dönəmində yalnız Mark Tamaşla bağlı ayrılıq xəbərini rəsmən bəyan edib.
HƏBİB / SPORTİNFO.AZ