"Neftçi" Ryonoske Ohori ilə müqavilə imzalayıb.
Bakılıların yaponiyalı mərkəz yarımmüdafiəçi ilə bağladığı kontraktın müddəti 2,5 ildir.
Paytaxt təmsilçisi 23 yaşlı asiyalıya bu zaman kəsiyində nə qədər pul qazandıracaq, artıq bizə məlumdur. Belə ki, adıçəkilən legionerin 300 min dollar irəli düşəcəyini öyrənmişik.
Yaponiya U-17 millisinin sabiq üzvünün son klubu Litvada "Transinvest" olub.
Qısa müddət Portuqaliya və Latviyada legioner həyatı yaşamış "Sanfrecce"nin yetirməsi ölkəsində "Hirosima" və "Gyeongnam"ın formasını geyinib.
SPORTİNFO.AZ