"Bildiyiniz kimi, yanvarın 3-dən təlim-məşq toplanışındayıq.
Komanda bir araya gəlib. Çox gözəl hazırlıq prosesi keçirik".
Sportinfo.az xəbər verir ki, bu sözləri "Neftçi"nin müdafiəçisi Yuri Matias deyib.
Braziliyalı legioner klub televiziyasına müsahibəsində hazırlıq prosesi barədə danışıb:
"Komandada əhval-ruhiyyə yaxşıdır. Baş məşqçinin bizdən tələbləri daha çox fiziki cəhətdən lazımi formada olmağımızdır.
Ümumi baxanda, futbolçular bir-birinə daha da adaptasiya olur. Bir-birimizlə zarafatlaşırıq. Atmosfer əladır".