COP29

"Neftçi" saxlamadı, Türkiyədə sabiq klubuna qoşuldu

8 Yanvar 13:20 Neftçi 1 957
"Neftçi" saxlamadı, Türkiyədə sabiq klubuna qoşuldu

"Neftçi"dən ayrılan Mark Tamaşın yeni klubu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı legioner Rumıniya təmsilçisi "Sepsi"yə keçib.

Macarıstanlı müdafiəçi komandanın Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışına qoşulub.

"Neftçi" yanvarın 4-də Mark Tamaşla müqaviləni qarşılıq razılıq əsasında ləğv etdiyini açıqlayıb.

2023-cü ilin iyulundan "ağ-qaralar"da çıxış edən müdafiəçi 2022/2023 mövsümündə də "Sepsi"nin uğurları üçün çalışıb. O, Bakı klubuna məhz bu komandadan keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
8 Yanvar 11:20 Özünü BURADA tap!