Qış hazırlığına Bakıda start verən “Neftçi” artıq Qəbələdədir.
Bir neçə gün paytaxtda məşq edən bakılılar toplanışın davamını bölgədə gətirməyi qərara alıb.
Lakin tam tərkibdə yox.
"Ağ-qaralar”ın Qəbələdəki toplanışında iki legioner iştirak etmir. Bunlar Kilan Lebon və Dembo Darbodur.
Əcnəbilərin düşərgəyə hansı səbəbdən qoşulmadıqlarının səbəbini dəqiq bilməsək də, görünən odur ki, baş məşqçi Samir Abasov əməlli-başlı çətinlik çəkir.
Yalnız Mark Tamaşın ayrılıq xəbəri rəsmən təsdiqləndiyi halda, Lebon və Darbo haqqında məlumat yoxdur.
Çox güman, rəhbərlik sözügedən futbolçularla yolların ayrılması yönündə danışıq aparır.
“Ağ-qaralar” hələ ki, güclənmək yolunda addım atmayıb. Axtarışlar davam edir.
HƏBİB / SPORTİNFO.AZ