“Həmin ildən “Neftçi” barədə məlumatım var idi”.
Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin legioneri Edvin Kuç deyib.
2024-cü ilin yayından ölkəmizdə çıxış edən monteneqrolu yarımmüdafiəçi “Neftçi”ni ilk dəfə gördüyü dövrü xatırlayıb:
“Burada olan həmyerlilərimlə əlaqə saxladım. Onlar mənə klub barədə yalnız yaxşı sözlər dedilər.
“Neftçi”nin oyununu əvvəllər izləmişəm. Səhv etmirəmsə, 2015 və ya 2016-cı il idi.
“Neftçi” Podqoritsanın “Mladost” klubu ilə oynayırdı. Bakıdakı oyun 2:2 hesabı ilə bitmişdi.
Cavab oyununu tribunalardan izləyirdim. “Mladost” son dəqiqələrdən qol vurdu və növbəti mərhələyə adladı.
Həmin ərəfədə “Mladost”la razılaşmışdım. Oyundan sonra klubla müqavilə bağladım”.