“Neftçi”nin əsas futbolçusu Emin Mahmudov kollektivə qoşulub.
Ötən ilin noyabrında aldığı zədə səbəbindən son 5 matçı kənardan izləyən təcrübəli yarımmüdafiəçi qara günləri geridə qoyub.
Bərpa dövrünü də başa vuran Mahmudov “ağ-qaralar”ın qış hazırlığında tam gücü ilə iştirak edir.
Baş məşqçi Samir Abasovun yolunu həsrətlə gözlədiyi yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında qayıdışı haqda danışıb:
“Hazırda özümü yaxşı hiss edirəm. Bilirsiniz ki, qış fasiləsindən öncəki son oyunlarda zədə səbəbindən komandama kömək edə bilməmişdim.
Artıq hər şey qaydasındadı. Yanvarın 3-dən başlayaraq təlim-məşq toplanışına start vermişik.
Fiziki vəziyyətimizi yaxşılaşdırmaq üçün çalışırıq. Mövsümün ikinci yarısına ümidimiz böyükdür”.
Emin Mahmudov cari mövsümdə meydana çıxdığı 10 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ