“Neftçi”ylə Mark Tamaş arasında gedən danışıqlar davam edir.
Arzuladığı qədər oynamaq şansı qazanmayan macarıstanlı müdafiəçoi daha çox şans qazanacağı ünvana üz tutmaq istəyir.
Bunun üçün “ağ-qaralar”la futbolçu arasındakı danışıqlar tərəflərin maraqlarına xidmət etməlidir ki, qarşılıqlı razılaşma əldə olunsun.
İki həftədir davam edən müzakirələr sona çatmayıb. Klubla iyuna qədər sözləşməsi olan Tamaş “Neftçi”nin təklif etdiyi şərtlə razılaşmaq istəmir.
Legioner Azərbaycandan mümkün qədər çox pul aparmaq istəyindədir. Paytaxt təmsilçisinin rəhbərliyi isə hər iki tərəfə sərf edəcək şərtlər irəli sürür.
Markla “Neftçi” arasındakı əməkdaşlıq sona çatmadığı halda, 31 yaşlı müdafiəçinin komandanın qış hazırlığına qatılmaması böyük sual doğurur.
Qarşıdakı günlərdə məsələylə bağlı yekun qərar veriləcək.
Mark Tamaş 39 oyunda ağ-qara formanı geyinməklə 3 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ