“Neftçi”də qış fasiləsi başa çatıb.
Yanvarın 2-nə qədər istirahət edən məşqçi və futbolçu heyəti ayın 3-dən etibarən Bakıxanov qəsəbəsindəki təlim-məşq bazasında bir araya gəlib.
Baş məşqçi Samir Abasov kollektivlə görüşərək yeni ilin gəlməsi münasibətilə onları təbrik edib, 2025-ci ildə “Neftçi”də birlikdə uğurlu nəticələrə imza atacaqlarına inandığını bildirib.
Hazırlıqda heç də bütün futbolçular iştirak etməyib.
Belə ki, üç legioner – Yuri Matias, Mark Tamaş və Kilan Lebon tər tökənlər arasında olmayıb.
Matias düşərgəyə iki gün gec qoşulacağı barədə rəsmiləri məlumatlandırıb. Tamaşın “ağ-qaralar”ı tərk edəcəyi böyük ölçüdə bəllidir. Lebonun komandaya qoşulmaması isə sual doğurur.
HƏBİB / SPORTİNFO.AZ