Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Emin Mahmudov zədəsini sağaldıb.
Sportinfo.az xəbər verir ki, bu barədə "report"a 32 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
O, "Neftçi" ilə birlikdə məşqlərə başlayacağını deyib:
"Bildiyiniz kimi sabahdan komanda təlim-məşq toplanışına başlayır. Zədəm sağalıb, hazıram. Kollektivə tam qoşulmaq üçün bir-iki gün lazım olacaq".
E.Mahmudov Azərbaycan yığmasının noyabrın 16-da Estoniyaya qarşı keçirdiyi UEFA Millətlər Liqası matçından əvvəl zədələnmişdi.
"Neftçi" Premyer Liqanın XIX turunda "Sabah"la üz-üzə gələcək. Görüş yanvarın 19-da, "Neftçi Arena"da, saat 18:30-da start götürəcək.
Paytaxt təmsilçisi hazırda turnir cədvəlində 17 xalla səkkizinci pillədə qərarlaşıb.