COP29

İndi “Neftçi”nin formasını geyinən kikboksçu kimdir?

2 Yanvar 01:50 Neftçi 952
İndi “Neftçi”nin formasını geyinən kikboksçu kimdir?

“Mənim idman karyeramın maraqlı başlanğıcı var.

Çünki mən uşaq ikən əvvəl futbolla deyil, kikboksinqlə məşğul olmuşam”.

Sportinfo.az xəbər verir ki, bunu “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç deyib.

Monteneqrolu legioner idmana kikboksinqlə başladığını bildirib:

“Qonşumuzun kikboksinq klubu var idi. Mən əvvəlcə oraya getdim.

Amma sonra valideynlərim kikboksinqin təhlükəli idman növü olduğunu dedilər. Qərar verdim ki, futbola başlayım.

Beləliklə, doğulduğum Roja şəhərində futbol həyatıma start verdim. Artıq ilk məşqdən futboldan böyük zövq aldım.

Bu, indiyədək belədir. Əminəm ki, bu, heç vaxt bitməyəcək ”.

Digər Xəbərlər
Xəbər Lenti
4 Yanvar 20:00 Çək və bizə göndər!
4 Yanvar 02:50 "Neftçi"dən bir XƏBƏR