"Neftçi" Mark Tamaşla yollarını ayırıb.
Bu barədə "Nemzeti Sport" nəşri məlumat yayıb.
Bildirilib ki, bir neçə klubun maraqlandığı
31 yaşlı müdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
2023-cü ildə "ağ-qaralar"a keçən macarıstanlı legionerin sözləşməsinin müddəti 2025-ci ilin yayında başa çatmalı idi.
Paytaxt təmsilçisi onunla kontraktını pozmağa o qədər də çətinlik çəkəyib. Macarıstan yığmasının sabiq üzvü 2 aylıq təzminat qarşılığında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Çünki burada qalacağı təqdirdə, şans qazanmayacağını bilirdi. Onsuz da, neçə vaxtdır əsas heyətə düşmürdü.
Roman Qriqorçukdan sonra Samir Abasov onu ilk «11-lik»də görmürdü. Sırf forma geyindiyi matçlarda etdiyi səhvlərdən dolayı.
SPORTİNFO.AZ