"Bakı ilə bağlı ancaq müsbət sözlər deyə bilərəm”.
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin legioneri Edvin Kuç klubun rəsmi televiziyasına müsahibəsində deyib.
31 yaşlı monteneqrolu yarımmüdafiəçi ölkəmiz haqqında fikirlərini bölüşüb:
“Şəhər, klub və buradakı insanlar xoş sözlərə layiqdirlər. Hər kəs mənə və ailəmə kömək edir, buraya uyğunlaşmağa yardımçı olurdular.
Bu, həqiqətən gözəl hissdir. Düşünürəm ki, burada daha çox qalacam.
Beş aydır Bakıdayam və bəyənmədiyim heç nə yoxdur. Bəzi şeylər mənim ölkəmlə oxşardır.
Ailəm də eyni fikirdədir. Onlar Bakını və Azərbaycanı çox sevirlər.
Yalnız bir şeyi bəyənmirəm, o da tıxaclardır. Yəqin ki, bunu heç kim sevmir".
2024-cü ilin yayında "Neftçi"yə keçən Edvin Kuçun müqavilənin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.