"Hər mütəxəssisin öz planı və ideyaları var. Amma Samir Abasov maraqlı baş məşqçidir”.
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin legioneri Edvin Kuç söyləyib.
Monteneqrodan olan 31 yaşlı yarımmüdafiəçi baş məşqçisi Samir Abasov haqqında danışıb:
“Onun futbol biliyi və enerjisi çoxdur. Futbolçu olduğu dönəmdə də "Neftçi"də oynayıb.
Klubu, oyunçuları tanıyır. Bu da titul qazanmaq üçün vacibdir.
Əminəm ki, qış fasiləsindən sonra komanda mental olaraq yenilənəcək və daha yaxşı olacaq".
2024-cü ilin yayında "Neftçi"yə keçən Edvin Kuçun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.