"Bu komanda ilə titullar qazanmaq istəyirəm".
Sportinfo.az xəbər verir ki, bunu "Neftçi"nin monteneqrolu futbolçusu Edvin Kuç klubun rəsmi televiziyasına müsahibəsində deyib.
31 yaşlı yarımmüdafiəçi futbolda bəzən gözlənilməz nəticələrin olduğunu söyləyib:
"Ümid edirəm ki, biz tezliklə uğurlu dönəmə başlayacağıq. Azərbaycanda və Avropada "Neftçi" ilə nailiyyətlər əldə etmək niyyətindəyəm.
Hədəflərimiz yüksəkdir. Ümid edirəm ki, bunlara çatacağıq".
2024-cü ilin yayında "Neftçi"yə keçən Edvin Kuçun müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.