"Bu futbolçular "Neftçi" səviyyəsində deyillər".
Bu sözlər ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
O, Samir Abasovun «Sumqayıt»dan «Neftçi»yə gətirmək istədiyi 4 oyunçu barədə fikirlərini dilə gətirib.
Bildirib ki, Səbuhi Abdullazadə və Elvin Bədəlov indiki vaxtda «ağ-qaralar»a kömək etmək gücündədir, amma eyni sözləri Roi Kehat və Cordan Rezabala haqda demək olmaz.
Tanınmış telejurnalistin fikrincə, israilli yarımmüdafiəçi və ekvadorlu hücumçu ən yaxşı halda «Sumqayıt»ın uğurları üçün çalışa bilər, «Neftçi»yə isə onlardan səviyyəcə üstün legionerlər lazımdır.
Rzayev bldirib ki, adını çəkdiyi baş məşqçi keçmiş komandasının üzvlərini «Neftçi»yə daşıyarsa, böyük səhvə yol vermiş olar.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN