COP29

Mətbuatdan qaçan "Neftçi"nin əcnəbisi baş məşqçi və digər rəsmiləri nişan verdi

25 Dekabr 21:00 Neftçi 635
Mətbuatdan qaçan "Neftçi"nin əcnəbisi baş məşqçi və digər rəsmiləri nişan verdi

"Neftçi" Premyer Liqanın 18-ci turunda "Turan Tovuz"la bərabərə (1:1) razılaşdı.

İlin son matçını Tovuzda izləyənlər arasında "ağ qaralar"ın baş icraçı direktoru Cenk Sümer də vardı.

Ötən yaydan klubun idarəetməsində mühüm post tutan şəxsi görüncə müsahibə götürmək qərarına gəldik.

Görək ki, komandanın nəticələri niyə düzəlmir? Bu qədər vecsiz futbolçuları bura kim yığıb? Özünü başverənlərdə nə qədər günahkar görür?

Sualları daha da uzatmaq olardı, əgər türkiyəli funksioner danışmaq istəsəydi.

Bütün israrımıza rəğmən inadından dönmədi.

Aramızdakı dialoq isə təxminən bu şəkildə oldu:

- Süner bəy, müsahibə edə bilərik?

- Xeyir.

- Niyə?

- Klubda danışan adamlar var.

- Sizin də fikirlər bizə maraqlıdır axı...

- Baş məşqçi Samir Abasovdan nə lazımdırsa soruşun deyəcək.

- Samir müəllim baş məşqçidir, amma siz klub rəsmisi. Elə şeylər var ki, onun məsuliyyətini siz daşıyırsınız.

- Digər klub rəsmiləri də nə lazım olsa deyəcək.

- Bəs siz niyə susursunuz? Yayda "Neftçi"yə gəlmisiniz, amma hələ də bir açıqlamanız yoxdur.

- Zamanı gələndə danışarıq.

- O zaman nə vaxt gələcək?

- Nəticələr yaxşılaşanda.

- Belə çıxır ki, susmağınız uğursuzluqla bağlıdır?

- Xeyir.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti